SOCAR “Petkim” limanın tikintisi üçün iri kredit cəlb edib

SOCAR “Petkim” limanın tikintisi üçün iri kredit cəlb edib
# 26 may 2015 08:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Türkiyənin “Petkim” neft-kimya holdinqi tərəfindən təsis edilən “Petlim Limancılık Ticaret A.S.” şirkəti “Akbank”dan 212 mln. ABŞ dolları məbləğində kredit cəlb olunması ilə bağlı kredit sazişi imzalayıb.

APA-Economics”in “Denizhaber” agentliyinə istinadən verdiyi məlumata görə, bu vəsait Egey dənizində tikilən “Petkim” konteyner limanı layihəsinin maliyyələşdirilməsi üçün cəlb edilib.

Kredit 3 ili güzəştli olmaqla 13 il müddətinə verilir.

Qeyd edək ki, “Petlim Limancılık Ticarət A.S” “Petkim Holdinq” tərəfindən təsis olunub. Hazırda müəssisənin səhmdarları “Petkim” (70%) və ABŞ-ın “Goldman Sachs” investisiya bankıdır (30%).

Xatırladaq ki, “Petkim” Limanının tikintisi “Petlim Limancılık Ticarət A.S” və Hollandiyanın “APM Terminals” şirkəti tərəfindən konteyner limanının tikintisi və istismarı haqqında müqavilə əsasında həyata keçirilir. Tikintinin birinci mərhələsi bu ilin avqust-sentyabr aylarında, ikinci mərhələsi 2016-cı ildə başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR