“Azsığorta” ötən ili mənfəətlə başa vurub

“Azsığorta” ötən ili mənfəətlə başa vurub
# 30 mart 2015 14:40 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin yanvarın 1-nə “Azsığorta” ASC-nin aktivləri 58 368 907,91 manat təşkil edib ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 7,43% azdır.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə şirkətin məcmu kapitalının həcmində də azalma qeydə alınıb. Belə ki, müqayisə olunan dövrdə şirkətin məcmu kapitalı 2,70% azalaraq 35 601 632,96 manat olub.

2014-cü ildə şirkətin cəmi gəlirləri 41 813 919,61 manat, cəmi xərcləri isə 23 258 079,24 manat təşkil edib. Şirkət ötən ili 14 844 672,30 manatlıq xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR