Azərbaycanda gələn il 22 min müəllimin maaşı artırılacaq

Azərbaycanda gələn il 22 min müəllimin maaşı artırılacaq
# 07 oktyabr 2015 13:02 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda gələn il orta ümumtəhsil məktəblərinin 22 min müəlliminin maaşı artırılacaq.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üzrə büdcəsi haqqında” qanun layihəsinin komitədə müzakirəsi zamanı deyib. O bildirib ki, gələn Azərbaycanın 12 regionunda müəllimlərin attestasiya mərkəzi yaradılacaq və 22 min müəllimin maaşı artırılacaq: “Sosial sahələrlə bağlı rəqəmlər azaldılmayıb və gələn il müəllimlərin maaşının artırılması nəzərdə tutulub”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR