Polşanın ardınca Ukrayna da öz hava məkanını Rusiyanın müdafiə nazirinin təyyarəsi üçün bağlayıb

Polşanın ardınca Ukrayna da öz hava məkanını Rusiyanın müdafiə nazirinin təyyarəsi üçün bağlayıb
# 29 avqust 2014 19:06 (UTC +04:00)

Bakı-APA. Slovakiya Rusiyanın müdafiə naziri Sergey Şoyqunun “Tu-154” təyyarəsinin Bratislavada endiyini təsdiqləyib. Buna səbəb Polşa və Ukraynanın təyyarəni öz hava məkanına buraxmaması olub.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyi məlumat yayıb. Ekipaj üzvlərindən birinin məlumatına görə, Rusiyanın “Tu-154” təyyarəsinin Bratislavada enməsinin 2 səbəbi olub: Polşanın öz hava məkanını bağlamaq qərarı və yanacağın tükənmə riski.

Qeyd edək ki, bundan əvvəl Polşa Slovakiyadan səfərdən qayıdan Rusiya müdafiə naziri Sergey Şoyqunun “Tu-154” təyyarəsini öz hava məkanına buraxmayıb. Təyyarə geri dönərək Bratislavada enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR