Siyəzəndə tonqala düşüb yanan 3 qızdan biri ölüb

 Siyəzəndə tonqala düşüb yanan 3 qızdan biri ölüb
# 25 mart 2013 21:17 (UTC +04:00)

Siyəzən. Vəli Turan – APA. Mart ayının 20-i Siyəzən rayonunda bayram tonqalına yıxılan 3 qızdan biri dünyasını dəyişib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 14 yaşlı Aysel Yarıyeva aldığı xəsarətlərdən bu gün ölüb.

Qeyd edək ki, bayram günü Siyəzən rayon sakinləri bacılar Aysel, Leyla Yarıyeva və 14 yaşlı Türkan Nəsibova bayram tonqalına düşüb. Onlar dərhal Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Onlara yuxarı ətrafların 2-ci, 3-cü dərəcəli termik yanığı diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan onlar Bakıdakı 5 saylı Xəstəxanaya aparılıb. Bu gün orada müalicə alan 14 yaşlı A. Yarıyeva dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR