Rusiyada avtomobil oğurluğunda təqsirləndirilən azərbaycanlı tutulub

Rusiyada avtomobil oğurluğunda təqsirləndirilən azərbaycanlı tutulub
# 08 aprel 2015 11:20 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Sankt-Peterburqun Nevski rayonunda avtomobil oğurluğu ilə məşğul olmaqda təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlardan biri azərbaycanlıdır.

APA-nın “fontanka.ru” saytına istinadən verdiyi məlumata görə, Rusiya Daxili İşlər Nazirliyinin Regional Baş İdarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində İstintaq Komitəsinin xidməti avtomobilini qaçıranlar 1 saat sonra saxlanılıb.

Həmin şəxslərin bundan əvvəl onlarla avtomobili oğurladığı ehtimal edilir. Polis əməkdaşları təqsirləndirilən şəxsləri son bir həftə ərzində izləyib. Tutulanlardan birinin Azərbaycan vətəndaşı, digər ikisinin isə Azərbaycanda doğulmuş rus olduğu bildirilib. Hazırda faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR