Mart ayının ikinci həftəsində paytaxt ərazisində 366 sərxoş sürücü aşkar edilib

Mart ayının ikinci  həftəsində paytaxt ərazisində 366 sərxoş sürücü aşkar edilib
# 16 mart 2015 08:09 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Mart ayının ikinci həftəsində paytaxt ərazisində pərdə və plyonkadan istifadə edən 88 sürücü barəsində inzibati protokol tərtib edilib.


Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, martın 7-dən 14-dək paytaxt ərazisində 21 yol qəzası baş verib, nəticədə 8 nəfər ölüb, 29 nəfər xəsarət alıb.

Hesabat dövründə paytaxt Bakıda 20629 sürücü barəsində inzibati protokol tərtib edilib.

Tərtib edilən protokolların 366-sı sərxoş sürücü, 1611-i işıqforun qırmızı işığında keçmə, 88-i pərdə və plyonkadan istifadə etmə, 33-ü avtoxuliqanlıq, 2915-i yolayrıcı keçmə qaydasını pozma, 83-ü qəza şəraiti yaratma, 129-u sərnişindaşıma qaydasını pozduğuna görə, 55-i polisin saxla əmrinə tabe olmama, 231-i ötmə və qarşılıqlı hərəkət zolağına çıxma, 1780-i piyada keçidindən istifadə etməyən şəxslərin payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR