Honkonqda yeni iğtişaşlar başlayıb

Honkonqda yeni iğtişaşlar başlayıb
# 18 oktyabr 2014 01:39 (UTC +04:00)

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, nümayişçiləri dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib, bir neçə nəfər saxlanılıb.

Etirazçıların ən fəal hissəsini təşkil edən tələbələr hökuməti danışıqlara çağırıblar. Qeyd edək ki, Honkonq şəhər administrasiyasının rəhbəri Lyan Çjenyin danışıqlar masasına oturmağa razılıq versə də, görüşün vaxtını təyin etməyib.

Xatırladaq ki, Honkonqda etirazlar sentyabrın 26-dan bəri davam edir. Nümayiş iştirakçıları yerli administrasiya rəhbərliyinin xalq tərəfindən birbaşa seçilməsini tələb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR