MTRŞ: Sponsor dəstəyi ilə hazırlanmış verilişlərdə qanunun tələbləri pozulur

MTRŞ: Sponsor dəstəyi ilə hazırlanmış verilişlərdə qanunun tələbləri pozulur
# 05 oktyabr 2015 13:24 (UTC +04:00)

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O bildirib ki, "Reklam yayımı haqqında" Qanunun tələblərinin pozulması ilə əlaqədar olaraq MTRŞ-da iş gedir: “Məsələ ilə bağlı təhlil aparılır. Bunlar da aradan qaldırılmalıdır. Çox güman ki, yaxın günlərdə aradan qaldırılacaq”.

T. Dadaşov qeyd edib ki, ANS televiziyasında yayımı dayandırılan “Sən tək deyilsən” və “Xoşqədəmlə axtarıram səni” verilişlərində də müvafiq qanunun tələbləri mütəmadi pozulub: “Qanunun 13-cü maddəsində göstərilib ki, sponsorun dəstəyi ilə hazırlanmış verilişlərdə verilişin həcmindən asılı olmayaraq sponsor reklamı 2 dəqiqədən çox ola bilməz. Ancaq qapadılan verilişlərdə hətta 9 dəqiqəyə qədər sponsor reklamı verilirdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR