“Expressbank” kartlarını 3D Secure sisteminə qoşur

“Expressbank” kartlarını 3D Secure sisteminə qoşur
# 24 dekabr 2014 07:28 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Expressbank”ın bütün bank kartları internet vasitəsi ilə onlayn ödənişlər zamanı dələduzluq hallarının qarşısını almaq məqsədilə 3D Secure xidmətinə qoşulur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu xidmət həm Visa, həm də MasterCard plastik kartlarına şamil olunur.

İnternet vasitəsilə hər dəfə onlayn əməliyyat edən zaman kart sahibinə SMS vasitəsilə yeni şifrə təqdim olunur. Bu 6 rəqəmli şifrə qeyd olunmadıqda, onlayn ödəmə həyata keçmir.

“Expressbank” müştərilərə 6 manatdan başlayaraq Visa və MasterCard kartlarını təqdim edir. Hesaba minimum 400 manat ilkin mədaxil etməklə Visa Gold/MasterCard Gold kartları pulsuz təqdim edilir. Hesabda olan məbləği “Expressbank” bankomatlarında nağdlaşdıran zaman heç bir komissiya tutulmur.

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5000-dək POS-terminal və 140-dək “ExpressPay” ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR