Bakıda uşaq bağçasının yaxınlığında top mərmisi tapılıb

Bakıda uşaq bağçasının yaxınlığında top mərmisi tapılıb
# 11 noyabr 2014 12:37 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakı şəhərində top mərmisi aşkarlanıb. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, hadisə Yeni Yasamal-1 ünvanında qeydə alınıb.

Vətəndaşlar polisə 98 saylı uşaq bağçasının yaxınlığında mərmi tapılması barədə məlumat veriblər. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə təhlükəsizlik tədbirləri görür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR