Bank Of Baku

MHP sədri seçkidə namizədlərinin Ərdoğan olduğunu açıqlayıb

 MHP sədri seçkidə namizədlərinin Ərdoğan olduğunu açıqlayıb
# 21 aprel 2018 15:04 (UTC +04:00)

"Seçkilərdə partiyamızın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğandır".

 

APA-nın xəbərinə görə, bunu Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı deyib. O, iyunun 24-də keçiriləcək növbədənkənar seçkilərdə namizədlərinin artıq məlum olduğunu vurğulayıb.

 

Bir neçə gün əvvəl "Fənərbağça"-"Beşiktaş" futbol qarşılaşmasında baş verən hadisələrdən təəssüfləndiyini bildirən MHP sədri "oyunda tördilən təxribat türk millətinə edilmiş sayılır, "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşə keçmiş olsun", deyə - əlavə edib.

 

O, İYİ Partiyasının seçkidə iştirak edib-etməməsi ilə maraqlanmadıqlarını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR