Azərbaycanda bərpa məqsədi ilə akvakultura üçün balıq ovu ödənişsiz olacaq

Azərbaycanda bərpa məqsədi ilə akvakultura üçün balıq ovu ödənişsiz olacaq
# 23 noyabr 2014 13:10 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələr”ə dəyişikliklər edib.

APA-nın məlumatına görə, balıq ehtiyatlarının vəziyyətinin tədqiqi və balıq ovu limitlərinin müəyyən edilməsi üçün balıq və digər su heyvanlarının elmi-tədqiqat və nəzarət, balıqartırma, habelə balıqların və digər su heyvanlarının təbii mühitə uyğunlaşdırılması və köçürülməsi məqsədi ilə ovlanması ödənişdən azad olub.

Dəyişikliyə əsasən, bundan sonra bərpa məqsədi ilə balıq və digər su bioresurslarının akvakultura üçün ovu, habelə idman və həvəskar ovu ödənişsiz olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR