Bakıda 12 zona üzrə mənzillərə tətbiq ediləcək əmlak vergisinin hesablanması qaydası müəyyənləşib

Bakıda 12 zona üzrə mənzillərə tətbiq ediləcək əmlak vergisinin hesablanması qaydası müəyyənləşib
# 12 aprel 2015 18:39 (UTC +04:00)

Bakı. Ramiz MikayıloğluAPA. Nazirlər Kabineti “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ı təsdiq edib.

APA-nın məlumatına görə, 2014-cü ilin iyununda Milli Məclisin qəbul etdiyi və Azərbaycan prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna əsasən, əmlak vergisi 30 kvadratmetrdən artıq olan sahənin hər kvadratmetrinə görə hesablanacaq.

Müvafiq olaraq, 30 kvadratmetrədək olan sahə əmlak vergisindən azaddır. Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ına əsasən isə Bakı şəhərində yerləşən binaların sahəsinin hər kv.m-ə görə ödənilməli olan əmlak vergisinin hesablanması üçün Bakı şəhəri 12 zonaya bölünüb və bu zonalar üzrə əmsallar müəyyən edilib. Başqa sözlə, Bakı şəhərində bütün zonalar üzrə fiziki şəxsin mənzilinin 30 kv.m-dən artıq olan hissəsi 0,4 manata və daha sonra həmin zona üzrə müəyyənləşmiş əmsala vurularaq əmlak vergisinin yekun qiyməti müəyyənləşəcək.

Qərara əsasən Bakıda birinci zona üzrə əmsal 1,50 müəyyən edilib. Birinci zonanın sərhədləri Əl oyunları stadionundan başlayaraq şimal-qərb istiqamətində Mikayıl Hüseynov prospekti üzrə Azneft meydanına qədər, Azneft meydanından Niyazi küçəsi üzrə İstiqlaliyyət küçəsi ilə kəsişənədək, İstiqlaliyyət küçəsi üzrə Hüsü Hacıyev küçəsi ilə kəsişənədək, Hüsü Hacıyev küçəsi üzrə Nizami küçəsi ilə kəsişənədək, Nizami küçəsi üzrə şərq istiqamətində Rixard Zorge küçəsi ilə kəsişənədək, Rixard Zorge küçəsi üzrə cənub istiqamətində küçənin dənizin sahil xətti ilə kəsişməsinədək, sahil xətti üzrə qərb istiqamətində Əl oyunları stadonunadəkdir. Nümunə üçün birinci zonada fiziki şəxsin 100 kv.m mənzili varsa, bu halda 30 kv.m üçün əmlak vergisi hesablanmır, 70.kv.m sahə əvvəlcə 0,4 manata, daha sonra 1,50 əmsalına vurulur. Beləliklə, fiziki şəxs 42 manat əmlak vergisi ödəyəcək.

Qərara əsasən Bakıda ikinci zona üzrə əmsal 1,40 müəyyən edilib. Bu zonanın sərhədləri Hüsü Hacıyev küçəsinin Nizami küçəsi ilə çəkişməsindən başlayaraq, şimal istiqamətində Hüsü Hacıyev küçəsi üzrə Füzulu küçəsi ilə kəsişənədək, Füzuli küçəsi üzrə Rəşid Behbudov küçəsi ilə kəsişənədək, Rəşid Behbudov küçəsi üzrə şimal istiqamətində Süleyman Rəhimov küçəsi ilə kəsişənədək, Süleyman Rəhimov küçəsi üzrə şərq istiqamətində Xətai prospekti ilə kəsişənədək, bu kəsişmə yerindən metronun “28 may” stansiyası və Dəmir Yolu Vağzalı daxil olmaqla, Puşkin küçəsi üzrə Nizami küçəsi ilə kəsişənədək, Nizami küçəsi üzrə qərb istiqamətində küçənin Hüsü Hacıyev küçəsi ilə kəsişdiyi yerə qədərdir. Nümunə üçün ikinci zonada yerləşən 100 kv.m mənzil üçün əmlak vergisi (70*0,4*1,40=39,2 manat ) 39,2 manat olacaq.

Qərara əsasən Bakıda üçüncü zona üzrə əmsal 1,30 müəyyən edilib. Bu zonanın sərhədləri Şəhidlər Xiyabanından başlayaraq şimal istiqamətində Mehdi Hüseyn küçəsi üzrə Nəriman Nərimanov prospektinədək, Nəriman Nərimanov prospekti üzrə İnşaatçılar prospekti ilə kəsişənədək, İnşaatçılar prospekti üzrə İzmir küçəsi ilə kəsişənədək, İzmir küçəsi üzrə Tbilisi prospekti ilə kəsişənədək, Tbilisi prospekti üzrə cənub istiqamətində Bakıxanov küçəsi ilə kəsişənədək, Bakıxanov küçəsi üzrə şərq istiqamətində Azadlıq prospekti ilə kəsişənədək, Azadlıq prospekti üzrə şimal istiqamətdə akademik Həsən Əliyev küçəsi ilə kəsişənədək, akademik Həsən Əliyev küçəsi üzrə şərq istiqamətində Aşıq Molla küçəsi ilə kəsişənədək, Aşıq Molla küçəsi üzrə cənub istiqamətində Fətəli xan Xoyski küçəsi prospekti ilə kəsişənədək, Fətəli xan Xoyski küçəsi prospekti üzrə şərq istiqamətində Əhməd Rəcəbli küçəsi ilə kəsişənədək, Əhməd Rəcəbli küçəsi üzrə şimal istiqamətində Yusif Vəzir Çəmənzəminli küçəsi ilə kəsişənədək, Yusif Vəzir Çəmənzəminli küçəsi üzrə Ağa Nemətulla küçəsi ilə kəsişənədək, Ağa Nemətulla küçəsi üzrə cənub istiqamətində Heydər Əliyev prospekti ilə kəsişənədək, Heydər Əliyev prospekti üzrə qərb istiqamətində Babək prospekti ilə kəsişənədək, Babək prospekti üzrə şərq istiqamətində Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişənədək, Nəcəfqulu Rəfiyev küçəsi üzrə cənub istiqamətində Süleyman Vəzirov küçəsi ilə kəsişənədək, Süleyman Vəzirov küçəsi üzrə şərq istiqamətində Xəqani Rüstəmov küçəsi ilə kəsişənədək, Xəqani Rüstəmov küçəsi üzrə cənub istiqamətində Dənizkənarı küçəni kəsərək keçən düz xəttin dənizin sahil xətti ilə kəsişməsinədək, dənizin sahil xətti üzrə qərb istiqamətində Rixard Zorge küçəsi ilə kəsişənədək, Rixard Zorge küçəsi üzrə şimal istiqamətində Nizami küçəsi ilə kəsişənədək, Nizami küçəsi üzrə qərb istiqamətində Puşkin küçəsi ilə kəsişənədək, Puşkin küçəsi üzrə şimal istiqamətində Dəmir Yolu Vağzalının şərq tərəfindən keçərək Süleyman Rəhimov küçəsi ilə kəsişənədək, Süleyman Rəhimov küçəsi üzrə qərb istiqamətində Rəşid Behbudov küçəsi ilə kəsişənədək, Rəşid Behbudov küçəsi üzrə cənub istiqamətində Füzuli küçəsi ilə kəsişənədək, Füzuli küçəsi üzrə qərb istiqamətində Hüsü Hacıyev küçəsi ilə kəsişənədək, Hüsü Hacıyev küçəsi üzrə cənub istiqamətində İstiqlaliyyət küçəsi ilə kəsişənədək, İstiqlaliyyət küçəsi üzrə qərb istiqamətində Niyazi küçəsi ilə kəsişənədək, Niyazi küçəsi üzrə cənub istiqamətində Mikayıl Hüseynov prospekti ilə kəsişənədək, Mikayıl Hüseynov prospekti üzrə qərb istiqamətində Əl oyunları stadionunadək, Əl oyunları stadionundan Gülüstan sarayının yanından keçən xətlə Şəhidlər xiyabanınadəkdir. Nümunə üçün üçüncü zonada yerləşən 100 kv.m mənzil üçün əmlak vergisi (70*0,4*1,30=36,4 manat ) 36,4 manat olacaq.

Bakıda dördüncü zona üzrə əmsal 1,20 müəyyən edilib. Dördüncü zonanın sərhədləri Şəhidlər Xiyabanından başlayaraq , Milli Məclis və hərbi hissənin stadionu daxil olmaqla, şimal istiqamətində Yasamal rayonunu inzibati sərhədi üzrə Mətbuat prospekti ilə kəsişənədək, Mətbuat və Həsən bəy Zərdabi prospektləri üzrə şimal istiqamətində Akim Abbasov küçəsi ilə kəsişənədək, Akim Abbasov küçəsi üzrə şərq istiqamətində Azad Mirzəyev küçəsi ilə kəsişənədək, Azad Mirzəyev küçəsi üzrə cənub istiqamətində İnşaatçılar və Nəriman Nərimanov prospektləri kəsişənədək, Nəriman Nərimanov prospek üzrə cənub istiqamətində Mehdi Mehdiyev küçəsi ilə kəsişənədək, Mehdi Mehdiyev küçəsi üzrə cənub istiqamətində Şəhidlər Xiyabanınadəkdir. Nümunə üçün dördüncü zonada yerləşən 100 kv.m mənzil üçün əmlak vergisi (70*0,4*1,20=33,6 manat ) 33,6 manat olacaq.

Bakıda beşinci zona üzrə əmsal 1,10 müəyyən edilib. Beşinci zonanının sərhədləri metronun “20 Yanvar” stansiyasından başlayaraq, cənub istiqamətində Tbilisi prospekti üzrə İzmir küçəsi ilə kəsişənədək, İzmir küçəsi üzrə cənub istiqamətində İnşaatçılar prospekti ilə kəsişənədək, İnşaatçılar prospekti üzrə cənub istiqamətində Azad Mirzəyev küçəsi ilə kəsişənədək, Azad Mirzəyev küçəsi üzrə şimal istiqamətindı Akim Abbasov küçəsi ilə kəsişənədək, kəsişənədək, Akim Abbasov küçəsi üzrə qərb istiqamətində Həsən bəy Zərdabi prospekti ilə kəsişənədək, Həsən bəy Zərdabi və Mətbuat prospektləri üzrə cənub istiqamətində Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişənədək, Abbas Mirzə Şərifzadə küçəsi üzrə şimal istiqamətində Müzəffər Həsənov küçəsi ilə kəsişənədək, Müzəffər Həsənov küçəsi üzrə qərb istiqamətində Ülvi Bünyadzadə küçəsi ilə kəsişənədək, Ülvi Bünyadzadə küçəsi üzrə şimal-şərq istiqamətində Moskva prospekti ilə kəsişənədək, Moskva prospekti üzrə cənub istiqamətində metronun “20 Yanvar” stansiyasınadəkdir. . Nümunə üçün beşinci zonada yerləşən 100 kv.m mənzil üçün əmlak vergisi (70*0,4*1,10=30,8 manat ) 30,8 manat olacaq.

Bakıda altıncı zona üzrə əmsal 1 müəyyən edilib. Bu zona 6.1, 6.2, 6.3 və 6.4 yarımzonalarına bölünür . 6.1-ci yarımzonasının sərhədləri İzmir küçəsinin Tbilisi prospekti ilə kəsişməsindən başlayaraq, Tbilisi prospekti üzrə cənub istiqamətində Bakıxanov küçəsi ilə kəsişənədək, Bakıxanov küçəsi üzrə şərq istiqamətində Azadlıq prospekti ilə kəsişənədək, Azadlıq prospekti üzrə şimal istiqamətində akademik Həsən Əliyev küçəsi ilə kəsişənədək, Həsən Əliyev küçəsi üzrə şərq istiqamətində Aşıq Molla küçəsi ilə kəsişənədək, Aşıq Molla küçəsi üzrə cənub istiqamətində Fətəli xan Xoyski prospekti ilə kəsişənədək, Fətəli xan Xoyski prospekti üzrə şərq istiqamətində Əhməd Rəcəbli küçəsi ilə kəsişənədək, Əhməd Rəcəbli küçəsi üzrə şimal istiqamətində Ziyad Bünyadov prospekti ilə kəsişənədək, Ziyad Bünyadov prospekti üzrə qərb istiqamətində Rəşid Məmmədov küçəsi ilə kəsişənədək, Rəşid Məmmədov küçəsi üzrə şimal istiqamətində Hüseyn Seyidzadə küçəsi ilə kəsişənədək, Hüseyn Seyidzadə küçəsi üzrə şimal istiqamətində 20 Yanvar küçəsi ilə kəsişənədək, 20 Yanvar küçəsi üzrə qərb istiqamətində Moskva prospekti ilə kəsişənədəkdir. 6.2 yarımzonanın sərhədləri 2-ci köndələn küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən başlayaraq, şərq istiqamətində Nizami rayonunun inzibati sərhədi boyunca metronun “Koroğlu” stansiyasınadək, “Koroğlu” stansiyasından başlayaraq, cənub istiqamətində Qara Qarayev prospekti üzrə Bəhruz Nuriyev küçəsi ilə kəsişənədək, Naxçivanski küçəsi ilə kəsişənədək, Naxçivanski küçəsi üzrə şərq istiqamətində Elşən Süleymanov küçəsi ilə cənub istiqamətində Babək prospekti ilə kəsişənədək, Babək prospekti üzrə qərb istiqamətində Bəkir Çobanzadə küçəsi ilə kəsişənədək, Bəkir Çobanzadə küçəsi üzrə şimal istiqamətində Rüstəm Rüstəmov küçəsi ilə kəsişənədək, Rüstəm Rüstəmov küçəsi üzrə qərb istiqamətində Mikayıl Əliyev küçəsi ilə kəsişənədək, Mikayıl Əliyev küçəsi üzrə şimal istiqamətində dəmir yolu xətti ilə kəsişənədək, dəmir yolu xətti üzrə qərb istiqamətində 9-cu köndələn küçəsi üzrə Pəhlivan Fərzəliyev küçəsi ilə kəsişənədək, qərb istiqamətində Pəhlivan Fərzəliyev küçəsi üzrə 2-ci köndələn küçəsi ilə kəsişənədək, -ci köndələn küçəsi üzrə bu küçənin Heydər Əliyev prospekti ilə kəsişdiyi yerədəkdir.

6.3-cü yarımzonaya Əl oyunları stadionundan başlayaraq, şimal-şərq istiqamətində 3-cü zonanın sərhədi üzrə Gülüstan sarayının yanından keçən xətlə Şəhidlər Xiyabanınadək, Şəhidər Xiyabanından şimal istiqamətində 4-cü zonanın Milli Məclis və hərbi stadion yanından keçən sərhəd xətti ilə Səbail rayonunun inzibati sərhədinin Mətbuat prospekti və Mikayıl Müşfiq küçəsi ilə kəsişdiyi yerədək, bu kəsişmə yerindən qərb istiqamətində Səbail rayonunun inzibati sərhədi üzrə cənub-qərb istiqamətində davam edir və bu rayonun digər zonalarla əhatə olunmayan ərazisini əhatə edir. 6.4-cü yarımzonaya isə aeroportun və aeroport yarımarkasının yerləşdiyi ərazi daxildir. Ümumilikdə, nümunə üçün altıncı zonada yerləşən 100 kv.m mənzil üçün əmlak vergisi (70*0,4*1=28 manat ) 28 manat olacaq.

Bakıda yeddinci zona üzrə əmsal 0,95 müəyyən edilib. Yeddinci zonanın sərhədləri metronun “20 Yanvar” siyasından başlayaraq şimal istiqamətində Moskva prospekti üzrə 20 Yanvar küçəsi ilə kəsişənədək, 20 Yanvar küçəsi üzrə şərq istiqamətində Hüseyn Seyidzadə küçəsi ilə kəsişənədək, Hüseyn Seyidzadə küçəsi üzrə şərq istiqamətində Rəşid Məmmədov küçəsi ilə kəsişənədək, Rəşid Məmmədov küçəsi üzrə cənub istiqamətində Ziya Bünyadov prospekti ilə kəsişənədək, Ziya Bünyadov prospekti üzrə şərq istiqamətində Əhməd Rəcəbli küçəsi ilə kəsişənədək, Əhməd Rəcəbli küçəsi üzrə cənub istiqamətində Yusif Vəzir Çəmənzəminli küçəsi ilə kəsişənədək, Yusif Vəzir Çəmənzəminli küçəsi üzrə şərq istiqamətində Ağa Nemətulla küçəsi ilə kəsişənədək, Ağa Nemətulla küçəsi üzrə cənub istiqamətində Heydər Əliyev prospekti ilə kəsişənədək, Heydər Əliyev prospekti üzrə qərb istiqamətində Babək prospekti ilə kəsişənədək, Babək prospekti üzrə şərq istiqamətində Bəkir Çobanzadə küçəsi ilə kəsişənədək, Bəkir Çobanzadə küçəsi üzrə şimal istiqamətində Rüstəm Rüstəmov küçəsi ilə kəsişənədək, Rüstəm Rüstəmov küçəsi üzrə qərb istiqamətində Mikayıl Əliyev küçəsi ilə kəsişənədək, Mikayıl Əliyev küçəs üzrəşimal istiqamətində dəmir yolu xətti lə kəsişənədək, dəmir yolu xətti üzrə qərb istiqamətində 9-cu köndələn küçəsi ilə kəsişənədək, 9-cu köndələn küçəsi üzrə Pəhlivan Fərzəliyev küçəsi ilə kəsişənədək, Pəhlivan Fərzəliyev küçəsi üzrə 2-ci köndələn küçəsi ilə kəsişənədək, 2-ci köndələn küçəsi üzrə şimal istiqamətində Nərimanov rayonunun sərhədi ilə kəsişənədək, Nərimanov rayonunun sərhədi üzrə şərq istiqamətində Böyük Şor gölünün sahil xətti ilə kəsişənədək, Böyük Şor gölünün sahil xətti üzrə qərb istiqamətində Nərimanov, Binəqədi rayonlarının sərhədləri kəsişənədək davam edir və Binəqədi, Nəsimi rayonlarının digər zonalarla əhatə olunmayan ərazilərini əhatə edir. Nümunə üçün yeddinci zonada yerləşən 100 kv.m mənzil üçün əmlak vergisi (70*0,4*0.95=26,6 manat ) 26,6 manat olacaq.

Bakıda səkkizinci zona üzrə əmsal 0,90 müəyyən edilib. Səkkizinci zonanın sərhədləri dəniz sahili xəttindən başlayan və şimal istiqamətində Xəqani Rüstəmov küçəsi boyunca keçən düz xəttin Süleyman Vəzirov küçəsi ilə kəsişməsinədək, Süleyman Vəzirov küçəsi üzrə qərb istiqamətində Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişənədək, Nəcəfqulu Rəfiyev küçəsi üzrə şimal istiqamətində Babək prospekti ilə kəsişənədək, Babək prospekti üzrə şərq istiqamətində Elşən Süleymanov küçəsi ilə kəsişənədək, Elşən Süleymanov küçəsi üzrə şimal istiqamətində Naxçivanski küçəsi ilə kəsişənədək, Naxçivanski küçəsi üzrə qərb istiqamətində Qara Qarayev prospekti ilə kəsişənədək, Qara Qarayev prospekti üzrə şimal istiqamətində Böyük Şor küçəsi ilə kəsişənədək, Böyük Şor küçəsi üzrə şimal istiqamətində Nərimanov rayonunu sərhədləri ilə kəsişənədək, Nərimanov rayonunu sərhədləri üzrə şimal istiqamətində Böyük Şor gölünün sahilinədək, Böyük Şor gölünün sahili üzrə şərq istiqamətində Böyük Şor şossesi ilə kəsişənədək, Böyük Şor şossesi üzrə şimal istiqamətində Sabunçu dairəsinədək, Sabunçu dairəsindən Şəhər şossesi üzrə şimal istiqamətində Sabunçu qəsəbəsinin şimal sərhədi boyunca şərqə doğru Suraxanı rayonunu sərhədi ilə kəsişənədək, bu kəsişmə yerindən Suraxanı rayonunun sərhədi üzrə cənub istiqamətində sərhədin Məmmədhəsən Hacınski küçəsi ilə kəsişmə yerinədək, Məmmədhəsən Hacınski küçəsi Nizami İsmayılov küçəsi ilə kəsişinədək, Nizami İsmayılov küçəsi üzrə qərb istiqamətində Əhməd Möhbalıyev prospekti ilə kəsişənədək, Əhməd Möhbalıyev prospekti üzrə cənub istiqamətində Xətai rayonunu sərhədi ilə kəsişənədək, bu kəsişmə yerindən Xətai rayonunun sərhədi üzrə cənub istiqamətində davam edərək, bu rayonun digər zonalarla əhatə olunmayan ərazisini əhatə edir. Nümunə üçün səkkizinci zonada yerləşən 100 kv.m mənzil üçün əmlak vergisi (70*0,4*0.90=25,2 manat ) 22,2 manat olacaq.

Bakıda doqquzuncu zona üzrə əmsal 0,85 müəyyən edilib. Bu zona 9.1 və 9.2 yarımzonalarına bölünüb. 9.1-ci yarımzonanın sərhədləri Babək prospektinin 3-cü dairəvi küçə ilə kəsişdiyi yerdən başlayaraq, dəmir yolu xətti üzrə cənub istiqamətində Aşıq Ələsgər küçəsinədək, Aşıq Ələsgər küçəsi üzrə şərq istiqamətində Məhəmməd Hadi küçəsi ilə kəsişənədək, Məhəmməd Hadi küçəsi üzrə şimal istiqamətində Babək prospekti ilə kəsişənədək, Babək prospekti üzrə qərb istiqamətində 3-cü dairəvi küçənin kəsişdiyi yerədəkdir. 9.2-ci yarımzonanln sərhədləri Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələri, bu rayonun digər zonalarla əhatə olunmayan əraziləridir. Nümunə üçün səkkizinci zonada yerləşən 100 kv.m mənzil üçün əmlak vergisi (70*0,4*0.85=23,8 manat ) 23,8 manat olacaq.

Bakıda onuncu zona üzrə əmsal 0,80 müəyyən edilib. Bu zona 10.1, 10.2, 10.3 və 10.4 yarımzonalarına bölünüb. 10.1-ci yarımzonaya Yasamal rayonunun digər zonalarla əhatə olunmayan hissəsi, 10.2-ci yarımzonaya Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlan, Lökbatan, Hövsan, Binə, Maştağa, Nardaran qəsəbələri, 10.3-cü yarımzonaya Binəqədi rayonunun Binəqədi qəsəbəsinin cənub sərhədi üzrə şərqdən qərbə doğru keçən xəttin şimalında yerləşən və digər zonalarda göstərilməyən ərazisi, 10.4-cü yarımzonaya Pirallahı rayonunu ərazisi daxildir. Nümunə üçün səkkizinci zonada yerləşən 100 kv.m mənzil üçün əmlak vergisi (70*0,4*0.80=22,4 manat ) 22,4 manat olacaq.

Bakıda onbirinci zona üzrə əmsal 0,75 müəyyən edilib. Bu zonaya Zığ, Sahil, Ramana və Zabrat qəsəbələri daxildir. Nümunə üçün səkkizinci zonada yerləşən 100 kv.m mənzil üçün əmlak vergisi (70*0,4*0.75=21 manat ) 21 manat olacaq. Bakıda onikinci zona üzrə əmsal isə 0,70 müəyyən edilib. Bu zonaya Qaradağ, Xəzər və Sabunçu rayonlarının digər zonalarla əhatə olunmayan əraziləri daxildir. Nümunə üçün səkkizinci zonada yerləşən 100 kv.m mənzil üçün əmlak vergisi (70*0,4*0.70=19,6 manat ) 19,6 manat olacaq.

Qərara əsasən Ədliyyə Nazirliyinə tapşırılıb ki, Bakı şəhərində fəaliyyət göstərən bələdiyyə orqanlarını onların inzibati ərazilərinin əhatə olunduğu zonaları əks etdirən xəritələrlə təmin etsin. Bu qərar 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR