“Nar Mobile”: Arabağlantı tarifinin azaldılması ilə bağlı heç bir göstəriş almamışıq

“Nar Mobile”: Arabağlantı tarifinin azaldılması ilə bağlı heç bir göstəriş almamışıq
# 20 noyabr 2014 13:11 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) operatorlararası ara bağlantı tarifi siyasəti üzrə bizə heç bir göstəriş daxil olmayıb.

APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında “Azərfon” şirkətinin baş direktoru Kent Maknili bildirib.

K. Maknili deyib ki, məsələ ilə bağlı “Bakcell” və “Azərcell” şirkətlərinin rəhbərliyi ilə dəfələrlə danışıq olub: “Biz bazara gələn üçüncü operatoruq və bizim müəyyən qiymətlərimiz var. İlin sonuna kimi RYTN tərəfindən məsələnin həll olunmasına dair bizə heç bir məlumat gəlməyib. Müəyyən məsələlər var ki, digər operatorlarla onları həll etməyə çalışırıq. Hələ ki, onlar həll olunmayıb”.

Qeyd edək ki, 2009-cu ildə Azərbaycan Rabitə və Yüksək Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən GSM operatorları üçün arabağlantı tarifi 0,02 manat səviyyəsində müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR