Nəzakət Teymurova tələbələri ilə birlikdə konsert verəcək

Nəzakət Teymurova tələbələri ilə birlikdə konsert verəcək
# 02 may 2013 14:42 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva-APA. Mayın 6-da Beynəlxalq Muğam Mərkəzində xalq artisti Nəzakət Teymurovanın rəhbərliyi ilə tələbələrinin solo konserti keçiriləcək. Xanəndənin APA-ya verdiyi məlumata görə, konsert Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. Xanəndə konsertə uzun müddət hazırlaşdıqlarını və repertuara o qədər də çox oxunmayan muğamları, təsnifləri daxil etdiyini deyib.

Konsertdə Vüsalə Musayeva, Gülnar İsayeva, Gültəkin Məmmədova, Zeyqəm Əhmədov, Əhəd Yaqub, Nuranə Şıxəliyeva, Elmir Əsgərov, Ruhanə Aslanlı, Kəmalə Nəsibova, Maqsud Cəmilov, Zəranə Yusifova və Ülvi Yunisli Nəzakət Teymurova ilə eyni səhnəni paylaşacaqlar.

İfaçıları səhnədə əməkdar artist Əliağa Sədiyevin rəhbərliyi ilə “Xarı bülbül” ansamblı müşayiət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR