Azərbaycan ATƏT-in Bakıdakı layihə koordinatorluğunun fəaliyyətinin dayandırılmasını istəyib

Azərbaycan ATƏT-in Bakıdakı layihə koordinatorluğunun fəaliyyətinin dayandırılmasını istəyib
# 06 iyun 2015 08:48 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. ATƏT-in Bakıdakı layihə koordinatorluğu Azərbaycan Xarici İşlər Nazirliyindən layihə koordinatorluğunun fəaliyyətinin dayandırılması ilə bağlı nota alıb.

Bu barədə APA-ya qurumun mətbuat xidmətindən məlumat verilib.

“Biz bu barədə notanı qəbul etmişik və nota nəzərən keçirilir”, - deyə məlumatda qeyd edilir.

Azərbaycan Xarici İşlər Nazirliyi isə hələlik məsələ ilə bağlı açıqlama verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR