Qusar sakini iki qardaşı bıçaqlayıb

Qusar sakini iki qardaşı bıçaqlayıb
# 23 oktyabr 2014 09:56 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Qusar rayonunda bıçaqlaşma hadisəsi baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 22-də Qusar rayonunun Qayakənd kəndində kənd sakini Xair Dərvişov münaqişə zəminində həmkəndliləri Qərib Qəribova və onun qardaşı Fazilə bıçaqla xəsarət yetirib.

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Dəvrişov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR