Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Nofəl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə N. Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, N. Məmmədov idarə etdiyi “İveco” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Loğman Məmmədovu vurub. Xəstəxanaya yerləşdirilmiş L. Məmmədov orada ölüb.