Bakı. Fərid Mirzəyev – APA. Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələblər qüvvəyə mindiyi andan iyunun 1-dən noyabrın 1-nə kimi B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutu tərəfindən 65 138 şəxs müayinə olunub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müayinələrin nəticələrinə görə 161 nəfərdə sifilis, 45 nəfərdə HİV 1/2, 4213 nəfərdə talassemiya daşıyıcılığı aşkar olunub.
Qeyd olunub ki, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinə prosesi və buna dair bütün tələblər 2015-ci il iyunun 1-dən icra olunmağa başlayıb.