“Qarabağ” – “Sent Etyen” - 0:0 - VİDEO

“Qarabağ” – “Sent Etyen”  - 0:0 - <span style="color: red;">VİDEO
# 18 sentyabr 2014 19:55 (UTC +04:00)
APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, yarışın təsnifat mərhələsinin ardından qitənin ikinci dərəcəli klub turnirinin əsas hissəsi başlayıb.
48 komandanın 12 qrupda mübarizə aparacağı yarış isə Bakıda start götürüb. Tofiq Bəhramov adına Respublika stadionunda ölkəmizi sözügedən turnirdə təmsil edən “Qarabağ” ilk görüşünü keçirib. Ağdam klubu Fransa “Sent-Etyen”ini sınağa çəkib.
Şotlandiyalı hakimlərin idarə etdiyi görüşdə qalib müəyyənləşməyib. Təmsilçimizin açıq-aşkar üstünlüyü ilə keçən oyunda hesabı açmaq mümkün olmayıb. Görüş 0:0 hesablı bərabərliklə başa çatıb.
Beləliklə, "Qarabağ" qrup mərhələsinə 1 xalla başlayıb.
Avropa Liqası
F qrupu
I tur
18 sentyabr
“Qarabağ” (Azərbaycan) – “Sent Etyen” (Fransa) - 0:0
Baş hakim: Steven Maklin
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR