Xaçmazda Mədəniyyət və turizm şöbəsinin yeni binası istifadəyə verilib - FOTO - VİDEO

Xaçmazda Mədəniyyət və turizm şöbəsinin yeni binası istifadəyə verilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 23 dekabr 2014 15:57 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün Xaçmazda Mədəniyyət və turizm şöbəsi üçün inşa edilən yeni inzibati binanın açılışı olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Xaçmaz rayon icra başçısı Şəmsəddin Xanbabayev və rayon ictimaiyyətinin nümayənədləri iştirak ediblər.

İkimərtəbəli binanın ümumi sahəsi 220 kv.m təşkil edir. Binanın birinci mərtəbəsində foye və iş otaqları yerləşir. İkinci mərtəbədə isə iclas və konfrans zalları yer alıb.

Bina müasir istilik sistemi ilə təchiz edilib. Bunun üçün tikilinin həyətində qazanxana inşa olunub. Binanı inşasında milli ornametlərdən istifadə edilib. Dam örtüyü gümbəz formasında inşa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR