Şəkidə intihar hadisəsi olub

Şəkidə intihar hadisəsi olub
# 30 avqust 2015 08:38 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə iki övlad atası intihar edib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə avqustun 29-u günorta saatlarında Şəki şəhəri Səməd Vurğun küçəsində qeydə alınıb.

Şəki şəhər sakini, 1969-cu il təvəllüdlü Akif Bəlyar oğlu Salmanovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki çardaqda asılmış vəziyyətdə yaxınları tərəfindən aşkarlanıb.

Onun intihar etməsinin səbəbi məlum deyil.


Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR