Opera və Balet Teatrında “Məhəbbət Tanqosu” nümayiş olunacaq

Opera və Balet Teatrında “Məhəbbət Tanqosu” nümayiş olunacaq
# 03 noyabr 2015 14:06 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Noyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Məhəbbət tanqosu” baletinin tamaşası keçiriləcək.



Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tamaşanın quruluşçu baletmeysteri Rusiyanın xalq artisti Liliya Sabitovadır.



Tamaşada əsas partiyaları Azərbaycanın xalq Artisti Gülağası Mirzəyev (Raul), əməkdar artist Samir Səmədov (Migel), Səlminaz Mirzəyeva (Laura) və Veronika Arazova (Tereza) ifa edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR