Türkiyədə “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası”nın təqdimatı keçirilib - FOTO

Türkiyədə “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası”nın təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 01 iyun 2015 12:45 (UTC +04:00)

Bakı – APA. Türkiyədə tanınmış tədqiqatçı alim, tarix elmləri doktoru Nəsiman Yaqublunun “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası” nəşr edilib. Müəllif APA-ya bildirib ki, “Azərbaycan Kültür Dərnəyi Yayınları” olaraq Ankaradakı “Nərgiz” mətbəəsində nəşr edilən kitabı Türkiyə türkcəsinə Tuncər Kirhan, Nəsrin Ünal və Səlcuq Önal çeviriblər.

Ankarada 2 minə yaxın tirajla nəşr edilən kitabın təqdimatı keçirilib. Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünal çıxışında ensiklopediyanın əhəmiyyətindən danışıb. Sonra çıxış edən N. Yaqublu ensiklopediyanın nəşrinə verdiyi dəstəyə görə Kültür Dərnəyinə, eləcə də bu kitabın nəşrində əməyi keçən hər bir kəsə təşəkkürünü bildirib.

Tədbirdə Türkiyənin keçmiş səhiyyə naziri Enis Öksüz, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, Bakı Dövlət Universitetinin professorları Almaz Məmmədova və Nüşabə Məmmədova iştirak ediblər.

Qeyd edək ki, bu ensiklopediya daha əvvəl Bakıda və Moskvada Azərbaycan və rus dillərində nəşr olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR