Bakıda yolu keçən Türkiyə vətəndaşını avtomobil vurub

Bakıda yolu keçən Türkiyə vətəndaşını avtomobil vurub
# 29 aprel 2015 09:43 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 28-də saat 05 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində qəsəbə sakini Namiq Gülmalıyev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Türkiyə vətəndaşı Mustafa Bayacını vurub.

Piyada xəstəxanaya yerləşdirilib.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR