İqor Popov: “May-iyun aylarında regiona səfər etməyi nəzərdə tuturuq” - EKSKLÜZİV

İqor Popov: “May-iyun aylarında regiona səfər etməyi nəzərdə tuturuq” - <span style="color: red;">EKSKLÜZİV
# 08 aprel 2015 13:08 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. ATƏT-in Minsk Qrupunun həmsədrləri may-iyun aylarında regiona səfər etməyi planlaşdırırlar. Bu barədə APA-nın Moskva müxbirinə rusiyalı həmsədr İqor Popov məlumat verib.

İ. Popov sonuncu dəfə fevral ayında bölgəyə səfər etdiklərini xatırladıb: “May-iyun aylarında yenidən regiona səfər etməyi nəzərdə tutmuşuq. Bunun üçün gələn ay bir araya gələrək səfərimizin vaxtını müzakirə edəcəyik. Hələlik, səfərin konkret vaxtı təyin olunmayıb”.

Diplomat Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü üçün əsaslı gündəliyin hazırlanması üzərində çalışdıqlarını deyib: “Əlbəttə ki, prezidentlərin görüşünü keçirməyi planlaşdırırıq. Bundan əvvəl isə xarici işlər nazirlərinin görüşünü keçirib, prezidentlərin danışıqlarına hazırlıq məsələlərini müzakirə etməliyik. Bütün bunları həmsədrlər gələn ay bir araya gələrək müzakirəyə çıxaracaq”.

İ. Popov son vaxtlar bölgədə artan gərginliyi də şərh edib. Onun sözlərinə görə, həmsədr ölkələr təmas xəttində vəziyyətin gərginləşməsindən narahatdırlar: “Tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırırıq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR