Bakının Mətbuat prospektində bıçaqlanma olub

Bakının Mətbuat prospektində bıçaqlanma olub
# 02 may 2015 07:56 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda bıçaqlanma hadisəsi baş verib.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Mətbuat prospekti 14-ün qarşısında qeydə alınıb.

Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Hamlet Elxan oğlu Cahangirova naməlum şəxs və ya şəxslər tərəfindən 6 bıçaq xəsarəti yetirilib.

H. Cahangirov ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Hazırda polis H. Cahangirovu bıçaqlayan şəxsin və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR