Gürcüstana qar yağır - FOTO

Gürcüstana qar yağır - <span style="color: red;">FOTO
# 25 noyabr 2014 08:05 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Bu gün səhər saatlarından başlayaraq Gürcüstanın bəzi ərazilərinə, o cümlədən paytaxt Tiflis şəhərinin ətraflarına qar yağmağa başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Tiflis şəhər meriyası artıq şəhərin küçələrində və ətraf yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün texniki duz hazırlığı görməyə başlayıb.

Azərbaycanlıların kompakt yaşadığı bölgələrdə isə sulu qar yağır. Marneuli şəhərində bəzi küçələr sel və yağış suları ilə dolub, fəsadlar yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR