AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifədən azad edilib

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifədən azad edilib
# 15 oktyabr 2014 14:29 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul olunub.

AMEA Rəyasət Heyətinin digər qərarı ilə isə tibb elmləri üzrə fəlsəfə doktoru Leyla İmanova AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsini icra edən təyin olunub.

Bundan əlavə, iclasın qərarına əsasən, AMEA İdarəetmə Sistemləri İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə texnika üzrə elmlər doktoru Oqtay Nüsrətov təyin edilib. Digər bir qərarla Zəhra Əzizova qurumun elmi katibi vəzifəsinə təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR