Dilçilik İnstitutu: Telekanallarda ciddi səhvlərə yol verilir, dublyajların keyfiyyəti aşağıdır

Dilçilik İnstitutu: Telekanallarda ciddi səhvlərə yol verilir, dublyajların keyfiyyəti aşağıdır
# 17 aprel 2015 10:59 (UTC +04:00)

Növbəti monitorinqlər dövlət büdcəsindən maliyyələşən kanallarda aparılacaq

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan telekanallarında monitorinqlər davam etdiriləcək.

APA-nın xəbərinə görə, bunu AMEA Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli telekanallarda aparılan monitorinqin nəticələri ilə əlaqədar keçirilən mətbuat konfransında bildirib. Q. Məhərrəmli deyib ki, növbəti monitorinqlər sentyabr ayınadək dövlət büdcəsindən maliyyələşən AzTV, "İdman", "Mədəniyyət" kanallarında aparılacaq: "Digər kanallara nümunə olsalar da, bu gün onlarda da səhvlərə yol verilir. Həmin kanallar dövlət büdcəsindən maliyyələşdiyi üçün onların monitorinqi ayrıca aparılacaq. Bu kanallarda bütün verilişlər monitorinqlərə cəlb oluna bilər".

Q. Məhərrəmli dublyajlar barədə də danışıb: “Telekanallarda ciddi səhvlərə yol verilir, dublyajların keyfiyyəti aşağıdır. Bu gün telekanallarında dublyajlara peşəkar olmayan aktyorlar cəlb edilir, bəzən bir necə rol bir nəfər tərəfindən səsləndirilir. Bu da nəticədə müəyyən səhvlərin yaranmasına gətirib çıxarır. Televiziyalar dublyaja pul qoymaq istəmir və yekun nəticədə də belə vəziyyət yaranır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR