Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını qətlə yetirib

Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını qətlə yetirib
# 25 aprel 2013 06:57 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Bakıda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri 19 yaşlı Xəyyam Asif oğlu Bayramov əsgər yoldaşı, 18 yaşlı Kamran Firdovsi Məmmədovu bıçaqlayıb. K. Məmmədov aldığı xəsarətdən dünyasını dəyişib. Hadisənin motivi məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, K. Məmmədov Göygöl rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR