Heydər Əliyev Mərkəzində ümumrespublika bilik yarışı keçirilib - FOTO

Heydər Əliyev Mərkəzində ümumrespublika bilik yarışı keçirilib - <span style="color: red;">FOTO
# 12 noyabr 2014 19:06 (UTC +04:00)

Heydər Əliyev Mərkəzindən APA-ya verilən məlumata görə, Mərkəzin təşkilatçılığı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə reallaşdırılan layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin dərindən öyrənilməsi, ulu öndərin irsinin yaşadılması və gənclər arasında təbliği məqsədi daşıyır.

Yarışda ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr pilləsi üzrə əyani təhsil alan tələbələrdən ibarət komandalar iştirak edib. Hər ali məktəb bir komanda ilə təmsil olunub. Ümumilikdə yarışda 44 komanda olmaqla 264 tələbə iştirak edib.

Üç turdan ibarət və gərgin mübarizə şəraitində keçən yarışın qalibi 35 xal qazanan Bakı Slavyan Universiteti olub. Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası 32 xalla ikinci, Lənkəran Dövlət Universiteti isə 31 xalla 3-cü yeri tutub.

Sonda qalib gələn komandalar mükafatlandırılıb. Bütün iştirakçı komandalara isə sertifikatlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR