Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 1 İyun - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 1 İyun - <span style="color: red;">VİDEO
# 02 iyun 2015 17:14 (UTC +04:00)

Birləşmiş Ştatlar zəif templə olsa da, seçki havasına girir... ABŞ-ın İŞİD strategiyasının sərt tənqid olunması, iqtisadi geriləmənin günahkarının axtarışı, xarici siyasətdə uğursuzluqların xüsusi xidmət orqanlarının ayağına yazılması... Amerikalılar qızğın seçki kampaniyasının ilk gündəmini bu şəkildə müəyyənləşdirib... Qarşılıqlı ittihamlar, populist vədlər, kütlə psixologiyasına hesablanmış ucuz şoular, gərgin debatlar bu seçkilərin də ayrılmaz hissəsi olacaq... Amma qarşıdan gələn prezident seçkilərinin ötən seçkilərdən önəmli fərqi var... Ağ Ev bu seçkilərə xarici və daxili siyasətdə saysız problemlərlə, yorğun, məğlub qoca kimi gedir... “Rəqib zəifləyirsə, öldürücü zərbə endirməlisən” prinsipini siyasətə amerikalılar gətirib və o amerikalılar qlobal sistemdə çəkisi zəifləyən Barak Obamanın demokratlarına həlledici zərbə endirmək fürsətini əldən verməyəcəklər. Bütün günahları Mərkəzi Kəşfiyyat İdarəsinin özbaşınalığı üzərinə atmaq, Ağ Evi qurşaqdan aşağı vurmaq da buna hesablanıb...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR