Fransua Olland: “Avropa Fələstin-İsrail münaqişəsində “bank pəncərəsi” rolunu oynamamalıdır”

Fransua Olland: “Avropa Fələstin-İsrail münaqişəsində “bank pəncərəsi” rolunu oynamamalıdır”
# 28 avqust 2014 16:42 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. “Avropa İsrail-Fələstin münaqişəsinin həllində aparıcı rol oynamalı idi”.

APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bunu fransalı diplomatlarla görüşdə prezident Fransua Olland deyib.

Onun sözlərinə görə, Avropa daha çox hərəkət etməlidir: “Avropa Fələstinin inkişafı və bərpası üçün çox şey edir. Lakin o, münaqişədən sonra yaraları sarımaq üçün sadəcə, “bank pəncərəsi” rolunu oynaya bilməz. Biz ərazinin blokadadan çıxarılması və demilitarizasiyası sahəsində irəliləyiş əldə etməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR