Millət vəkili Novruz Aslanov İsmayıllıda seçiciləri ilə görüşüb - FOTO

Millət vəkili Novruz Aslanov İsmayıllıda seçiciləri ilə görüşüb - <span style="color: red;">FOTO
# 03 oktyabr 2014 09:12 (UTC +04:00)

Bakı – APA. Milli Məclisin deputatı Novruz Aslanov seçiciləri ilə görüşmək məqsədilə İsmayıllı rayonuna səfər edib.

APA – nın məlumatına görə, N. Aslanov İsmayıllı şəhərində yerləşən qərargahında hər bir seçicini fərdi qaydada qəbul edib, onların problemləri ilə maraqlanıb.

Müraciətlər əsasən müalicə, müayinə və məişət məsələlərdən ibarət olub. Bir neçə məsələ ilə bağlı deputat müvafiq addımların atılacağını, müayinə ilə bağlı həmin insanların təmənnasız müayinəsini təşkil edəcəyini bildirib.

Günün ikinci yarısında millət vəkili rayon rəhbərliyi və ictimaiyyəti ilə birlikdə yeni təmir olunmuş Mədəniyyət sarayında Azərbaycanın xalq artisti Alim Qasımovun iştirakı ilə keçirilən konsert proqramında olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR