Istanbulda 6 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb

Istanbulda 6 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb
# 28 oktyabr 2015 20:55 (UTC +04:00)

Bakı-APA. Istanbulda 6 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb.

APA-nın “Milliyet”-ə istinadən məlumatına görə, son 3 gün ərzində xeyli insan huşunu itirmə, şiddətli qarın ağrısı, qusma kimi əlamətlərlə xəstəxanalara çatdırılıb.

Xəstəxanalara ağır vəziyyətdə gətirilən şəxslərdən 6- nın öldüyü bildirilir .Saxta spirtli içkilərin istehsalı ilə əlaqədar 7 nəfər saxlanılıb. Həkimlər ölənlərin sayının arta biləcəyini istisna etmirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR