Bakı metrosunun yeni tikilən stansiyalarında əlillər üçün xüsusi infrastruktur yaradılır

Bakı metrosunun yeni tikilən stansiyalarında əlillər üçün xüsusi infrastruktur yaradılır
# 27 avqust 2014 08:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Bakı Metropoliteni”ndə əlillər üçün bütün şəraitlər yaradılacaq.

APA-Economics”in məlumatına görə, bunu APA TV-də efirə gedən “Sosium” verilişində “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, bu gün əlil arabaları ilə gələn sərnişinlər metroya daxil ola bilmirlər: “Bu gün mövcud stansiyalarda bu xidmətlərdən istifadə etmək mümkün deyil. Ancaq yeni tikiləcək stansiyalarda bundan istifadə etməyi planlaşdırılır. Hətta “Avtovağzal” stansiyasında əlillər üçün xüsusi liftlər quraşdırılır. Əlil vətəndaş liftdən istifadə etməklə perona daxil olaraq metro xidmətlərindən istifadə edə biləcəklər”.

Qurumun rəsmisi deyir ki, artıq bu məsələ ilə bağlı xüsusi yaradılmış komissiya mövcud stansiyalarda yoxlamalar həyata keçirib: “Bəzi stansiyalarda bu tip vasitələrdən istifadə etmək təəssüf ki, mümkün deyil. Məsələn, “İnşaatçılar” stansiyasında lift quraşdırmaq üçün yer yoxdur. Eyni zamanda, bu stansiyanın hər iki çıxışı eskalatorlu çıxışdır. Heç olmasa bu stansiyadakı bir çıxışın birində pilləkən olsaydı, orada əlillər üçün hər hansı şərait yaratmaq mümkün olardı. Onlar üçün zolaq, yol salmaq mümkün olardı. Anlayırıq ki, əlillər bütün stansiyalardan istifadə etməlidir. Bu səbəbdən də gələcəkdə yeni inşa ediləcək bütün stansiyalarda əlillər üçün bütün şəraitlər yaradılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR