Krasnoyarskda 46 yaşlı Azərbaycan əsilli biznesmen qətlə yetirilib - VİDEO

Krasnoyarskda 46 yaşlı Azərbaycan əsilli biznesmen qətlə yetirilib - <span style="color: red;">VİDEO
# 24 noyabr 2014 07:16 (UTC +04:00)

APA-nın “RİA Sibir”ə istinadən xəbərinə görə, qətldə şübhəli bilinən 22 yaşlı Tuva sakini saxlanılıb.

İstintaqın versiyasına görə, yerli xanım sakinin ona borclu olduğu 40 min rublu almaq üçün mərhum Şuşensk rayonuna gəlib. Qadın evdə olmayıb. O, sanatoriyaya getdiyi üçün uşaqlarına və evinə baxmağı Tuvadan çağırdığı qardaşlarına həvalə edibmiş. İş adamı gələn vaxt qardaşlar qarajda bacılarının maşınını təmir edirlərmiş. Onun yüksək tonla danışması sərxoş olan qardaşların xoşuna gəlməyib və mübahisə əlbəyaxa davaya çevrilib. Bu vaxt qardaşlardan biri tələbkar qonağı sinəsindən bıçaqla vuraraq qətlə yetirib. Bundan sonra onlar meyiti palaza bükərək qəsəbədən 40 km uzaqda yerləşən meşəyə aparıblar.

Mərhumun yaxınlarının müraciətindən sonra polis onun axtarışına başlayıb və cinayətin üstü açılıb. Qatil ifadəsində cinayətini etiraf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR