“Dövlət qulluqçularının peşə bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda təlim keçirilir

“Dövlət qulluqçularının peşə bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda təlim keçirilir
# 18 dekabr 2014 11:47 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən “Dövlət qulluqçularının peşə bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda təlim keçirilir.

Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təlim yerli icra hakimiyyəti orqanlarında, habelə apellyasiya, ağır cinayətlər, inzibati-iqtisadi məhkəmələrində və Bakı şəhərinin rayon məhkəmələrində kadr və etik məsələlərə məsul olan əməkdaşlar üçün təşkil olunur.

Tədbiri giriş nitqi ilə açan Komissiyanın Hüquq şöbəsinin müdiri Vüqar Əsgərov “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təqdimatla çıxış edib.

Təqdimatdan sonra iştirakçılara “Tapşırıqların müəyyən edilməsi”, “Meyarların mühümlük dərəcəsinin müəyyən edilməsi” və “Qiymətləndirilmənin aparılması” mövzularını əhatə edən praktiki tapşırıqlar verilib.

Təlimin ikinci hissəsində “Dövlət qulluqçularının etik davranış qaydaları” və “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları” mövzularında təqdimatlar olub.

Qeyd edək ki, təlim dövlət orqanlarında işləyən dövlət qulluqçularının peşə bacarıqlarının təkmilləşdirilməsi və dövlət quluqçularının xidməti fəaliyyətin qiymətləndirilməsinin təşkili, qiymətləndirilmənin məqsədləri, qiymətləndirmə zamanı tapşırıqların (hədəflərin) müəyyən edilməsi, qiymətləndirmə meyarları, qiymətləndirmə sisteminin tətbiqi ilə bağlı çətinliklər və onların aradan qaldırılması ilə bağlı mövzuları əhatə edir. Təlim dekabrın 19-da başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR