Moskva metrosunda baş vermiş qəza nəticəsində ölənlərin sayı 20-yə çatıb - YENİLƏNİB 3 - VİDEO

Moskva metrosunda baş vermiş qəza nəticəsində ölənlərin sayı 20-yə çatıb - <span style="color: red;">YENİLƏNİB 3  - <span style="color: red;">VİDEO
# 15 iyul 2014 13:26 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsi rəisinin müavini Aleksandr Qavrilov deyib.

Moskva merinin müavini Pyotr Biryukov isə jurnalistlərə açıqlamasında bildirib ki, artıq 12 nəfərin cəsədi çıxarılıb. Onun sözlərinə görə, hazırda Təcili Tibbi Yardım, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.

***

14.50

Bakı-APA. Moskva metrosunda baş vermiş qəza nəticəsində ölənlərin sayı 16-ya çatıb.

APA-nın xəbərinə görə, bu barədə “İnterfaks”ın səhiyyə strukturlarına istinadən yaydığı məlumatda bildirilir.

Moskva Nəqliyyat Departamentinin rəhbəri Maksim Liksutov terror aktı versiyasını istisna edib.

Faktla bağlı cinayət işi qaldırılıb.

Artıq Rusiya prezidenti Vladimir Putin hadisə ilə bağlı məlumatlandırılıb.

***

13.38

Bakı-APA. Moskva metrosunda baş vermiş qəza nəticəsində ölənlərin sayı 10-a çatıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir.

***

12:12

Bakı-APA. Moskva metrosunda baş vermiş qəza nəticəsində 3 nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə operativ qərargah nümayəndəsi açıqlama verib.

O bildirib ki, 30 nəfər yaralıdan 10 nəfər xəstəxanaya yerləşdirilib.

***

11:20

Bakı-APA. Moskvada metroda baş vermiş qəza nəticəsində 50 nəfər xəsarət alıb.


APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, hazırda hadisə yerində olan insanlar ərazidən təxliyə olunur.

Qəzaya səbəb kimi metro qatarının 3 vaqonunun relsdən çıxması göstərilir.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəisi Viktor Biryukov bildirib ki, elektrik xətlərində gərkinlik qəflətən kəskin azalıb, nəticədə siqnalizasiya sistemi yanlış olaraq işə düşüb. Bu isə qatarın qəflətən dayanmasına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR