Bakı sakini külli miqdarda saxta pul satarkən tutulub

Bakı sakini külli miqdarda saxta pul satarkən tutulub
# 05 noyabr 2014 10:16 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı sakinindən külli miqdarda saxta pul götürülüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rüstəm Əlibabayev printerdə hazırlanmış 135 ədəd 100 manatlıq, 119 ədəd 50 manatlıq, 144 ədəd 20 manatlıq, 177 ədəd 10 manatlıq, 152 ədəd 5 manatlıq və 2 ədəd 1 manatlıq (ümumilikdə 24862 manat) əskinası Göytəpə şəhərində satarkən tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR