Milli serialların çəkilişi üçün ayrılan vəsaitin bölünməsi telekanal rəhbərləri ilə müzakirə olunacaq

Milli serialların çəkilişi üçün ayrılan vəsaitin bölünməsi telekanal rəhbərləri ilə müzakirə olunacaq
# 01 may 2013 15:04 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. “Hazırda milli serialların çəkilişi üçün ayrılan 6 milyon manatın necə bölünməsi ilə bağlı araşdırma aparılır. Mayın 3-də telekanal rəhbərləri ilə bu istiqamətdə müzakirələr aparılacaq”. APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bir həftə sonra bu istiqamətdə ölkədə fəaliyyət göstərən prodakşnların rəhbərləri ilə müzakirələr təşkil ediləcək: “Bundan əvvəl serial çəkilişləri üçün ayrılan 5 milyon maliyyə vəsaiti artıq çoxdan xərclənib. Düzdür, Azərbaycanda serial çəkilişləri üçün müəyyən hazırlıq işləri görüldü, amma bütövlükdə gözləntilərimiz özünü doğrultmadı. İstəyirik ki, bu dəfə telekanallar və prodakşnlar bundan nəticə çıxarsınlar və daha keyfiyyətli serial çəkilişlərinə nail olsunlar”.


Qeyd edək ki, iclasda həmçinin dilçiliyin inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan məsələlər, telekanallarda Bədii Şuraların yaradılması, ölkədə reklam fəaliyyəti ilə bağlı mövcud vəziyyət müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR