Cari ilin I yarısında Azərbaycanda 551 mindən çox fərdi sahibkar dövlət qeydiyyatına alınıb - VİDEO

Cari ilin I yarısında Azərbaycanda 551 mindən çox fərdi sahibkar dövlət qeydiyyatına alınıb - <span style="color: red;">VİDEO
# 22 iyul 2015 07:30 (UTC +04:00)

Bakı - APA-Economics. Bu il iyulun 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 551 mindən çox olub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə fərdi sahibkarların çox hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (35,9%), “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (17,2%), “Digər sahələrdə xidmətlərin göstərilməsi” (13,7%) və “Nəqliyyat və anbar təsərrüfatı” (12,8%) bölmələrində qeydiyyatdan keçib.

Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (34%), Aran (19,8%), Gəncə-Qazax (12,7%) və Lənkəran (7,5%) iqtisadi rayonlarında qeydiyyata alınıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR