Şəhid olmuş Azərbaycan hərbçilərinin adı açıqlanıb - SİYAHI - YENİLƏNİB 1 - VİDEO

Şəhid olmuş Azərbaycan hərbçilərinin adı açıqlanıb - <span style="color: red;">SİYAHI  - <span style="color: red;">YENİLƏNİB 1  - <span style="color: red;">VİDEO
# 01 avqust 2014 10:14 (UTC +04:00)

Ağdam. Teymur Zahidoğlu – APA. Ötən gün düşmənlə atışmada yaralanmış hərbçimiz dünyasını dəyişib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, həkimlərin səyinə baxmayaraq, Abdinov Hüseyn Etibar oğlunu xilas etmək mümkün olmayıb.

Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmış H. Abdinov hospitalda vəfat edib.

Şirvan şəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin Əsgərovun da düşmənlə atışmada şəhid olduğu xəbəri gəlsə də, aparılan dəqiqləşdirmələr nəticəsində onun ağır yaralandığı məlum olub. Hospitala yerləşdirilən E. Əsgərovun vəziyyətinin çox ağır olduğu xəbər verilir.

***

saat 12:51

Bakı. Hafiz Heydərov - APA. Ötən gün cəbhə xəttində şəhid olmuş Azərbaycan hərbçilərinin hamısının adı məlum olub.

APA-nın məlumatına görə, düşmənin həmləsini dəf edərkən Azərbaycan Ordusunun adları aşağıda qeyd olunan hərbçiləri şəhid olub:

- Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu

- Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimov

- Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa Əlicoşqunov

- Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov

- Quba rayonundan hərbi xidmətə çağırılmış Elnur İbrahimov

- Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov

- Ağdam rayonundan hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü əsgər Əhmədov Qaryağdı Eldar oğlu

Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 4 hərbçisi yaralanıb. Yaralıların adı dəqiqləşdirilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR