“Zaminbank”ın mənfəəti 33% artıb

“Zaminbank”ın mənfəəti 33% artıb
# 30 iyul 2014 13:25 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. 2014-cü ilin II rübündə “Zaminbank”ın aktivlərinin həcmi 486,646 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 22,3% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə hesabat dövründə bankın kredit portfeli 17,09 % artaraq 288,692 mln. manat olub.

Bu ilin I yarısında istehlak kreditlərinin həcmi 213,961 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin iyul ayının 1-nə olan göstəriciyə nisbətən 49,57% çoxdur.

Bu iyulun 1-nə bankın ipoteka kreditlərinin həcmi 48,523 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqaisədə 0,84% çoxdur.

Keçən ilin analoji dövrü ilə müqayisədə bu ilin 6 ayında bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi təxminən 59,73% artaraq 14,263 mln. manat olub.

2013-cü ilin yanvar-iyun aylarına nisbətən bu ilin iyulun 1-nə bankın depozit portfeli 16,82% artaraq 103,220 mln. manata çatıb. Hesabat dövründə əhalinin əmanətlərinin həcmi isə 90,151 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 10,33% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 14,03 % artaraq 58,077 mln. manata, nizamnamə kapitalı 11,85 % artaraq 47 mln. 181,8 min manat təşkil edib.

Ötən ilin müvafiq dövrünə nisbətən bu ilin 6 ayında bankın gəlirləri təxminən 2,07 dəfə artaraq 20,498 mln. manat, xərcləri isə 2,72 dəfə artaraq 13,651 mln. manata çatıb.

Bu ilin ilk altı ayı ərzində bankın əldə etdiyi mənfəət 6,847 mln manat olub ki, bu da ötən il ilə müqayisədə 33,37% çoxdur.

Hazırda bankın ölkə üzrə 38 filialı, 39 bankomatı, 1891 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR