Biləsuvarda özünü jurnalist kimi təqdim edən şəxs dələduzluğa görə tutulub - FOTO - VİDEO

Biləsuvarda özünü jurnalist kimi təqdim edən şəxs dələduzluğa görə tutulub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 25 avqust 2014 07:27 (UTC +04:00)

Biləsuvar. Ağəddin Babayev – APA. Biləsuvarda jurnalist dələduzluq əməlinə görə tutulub. Bu barədə APA-nın cənub bürosuna Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) cinayət-axtarış bölməsinin rəisi, polis mayoru Fikrət Məstəliyev məlumat verib. Onun sözlərinə görə, rayonun Bəydilli kənd sakini Ceyran Ağacan qızı İslamova Polis Şöbəsinə ərizə ilə müraciət edərək, onun 160 manat pulunun Fikrət Abbaszadə alı bir nəfər tərəfindən dələduzluq yolu ilə mənimsənildiyini bildirib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində jurnalist və insan hüquqlarının müdafiəçisi kimi fəaliyyət göstərdiyi bildirilən Yardımlı rayon sakini, hazırda Bakı şəhərində yaşayan 47 yaşlı Fikrət Şükürağa oğlu Abbaszadə tutularaq istintaq orqanlarına təhvil verilib.

İlkin araşdırmalardan məlum olub ki, F.Abbaszadə ayrı-ayrı vaxtlarda Biləsuvar, eləcə də digər qonşu rayonlarda vətəndaşları aldadaraq işə düzəltmək, pozulmuş hüquqları bərpa etmək və boşanmış ailələrə hüquqi yardım göstərmək adı ilə onlardan müxtəlif vaxtlarda pul alaraq mənimsəyib.

Fikrət Abbaszadənin üstündən “Tolerant Azərbaycan” ictimai-siyasi, hüquq qəzetinin və İnsan Hüquqları Müdafiə Mərkəzinin vəsiqələri aşkarlanıb.

Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də törətdiyi eyni cinayət əməlinə görə 4 il azadlıqdan məhrum olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR