Nazir: “Əmək müqaviləsi bildirişlərini elektronlaşdırmayan işəgötürənlər cəzalandırılacaq”

Nazir: “Əmək müqaviləsi bildirişlərini elektronlaşdırmayan işəgötürənlər cəzalandırılacaq”
# 10 oktyabr 2014 13:54 (UTC +04:00)

APA-nın xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib ki, elektron informasiya sisteminə daxil edilən əmək müqaviləsi bildirişlərinin sayı artıq 1 milyon 315 minin üzərindədir.

Onun sözlərinə görə, hələlik müqavilələrin əmək vəkili tərəfindən yoxlanması ilə bağlı qaydalar hazırlanır və bu proses yekunlaşmaq üzrədir.

“Biz işəgötürənləri əmək müqaviləsi bildirişlərini elektron informasiya sistemində qeydiyyatdan keçirmək üçün tələsməyə çağırırıq. Çünki yaxın zamanda bu istiqamətdə yoxlamalara bağlayacağıq. Cinayət Məcəlləsinə uyğun olaraq müvafiq cəzalar da nəzərdə tutulub”, - deyə nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR