Bu ilin I yarısında Azərbaycanın pərakəndə ticarət subyektlərində istehlakçılara 10 mlrd. manatdan çox əmtəə satılıb

Bu ilin I yarısında Azərbaycanın pərakəndə ticarət subyektlərində istehlakçılara 10 mlrd. manatdan çox əmtəə satılıb
# 14 iyul 2014 08:55 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Bu ilin birinci yarısında istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 10,1 mlrd. manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,9% çox əmtəə satılıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, istehlak mallarının 5,1 mlrd. manatını qida məhsulları, içkilər və tütün məmulatları, 5,0 mlrd. manatını qeyri-ərzaq malları təşkil edib, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 3,5% bəndi artıb.

Cari ilin altı ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-iyun aylarına nisbətən 15,8% artaraq 1,3 mln. manat təşkil edib.

Əhali real vaxt rejimində sifariş verdikləri istehlak mallarının 78,7%-ni hüquqi, 21,3%-ni fərdi sahibkarların ticarət şəbəkələrindən alıb.

Elektron ticarət dövriyyəsinin 90,6%-ni qeyri-ərzaq malları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR