Milanda etiraz edən miqranlarla polis arasında toqquşma olub

Milanda etiraz edən miqranlarla polis arasında toqquşma olub
# 25 avqust 2015 03:58 (UTC +04:00)

Bakı-APA. Milanda yüzlərlə miqrant və polis arasında toqquşmalar baş verib. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, 300-dək miqrant əmək fəaliyyətinə icazə verilməsinin uzadılmasına etiraz əlaməti olaraq yolu bağlayıblar.

Polis onları geri, qaçqın düşərgəsinə sığışdırıb.

Məlumata görə, onların əksəriyyətinin afrikalı olduğu bildirilir.

DİN-in məlumatına görə, İtaliyaya tək bu ilin əvvəlindən 100 mindən çox miqrant gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR